Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beynin yalanları: gözlərimizə, yoxsa qulaqlarımıza inanaq?

  • 2024.03.05 21:20
  • 1163 Baxış
Beynin yalanları: gözlərimizə, yoxsa qulaqlarımıza inanaq?

Alimlər bildirir ki, insan beyni müəyyən məqamlarda insanı aldada bilər və ona 100% arxayın olmaq olmaz.


“Medicina” xəbər verir ki, rusiyalı həkim Yelena Malışeva beynin aldatmağı xoşladığını bildirib.


Bunun üçünsə o, duyğu orqanlarından istifadə edir. Ən çox gözlər və qulaqlar zarafat edə bilər.


Sadə bir eksperimentlə bu sübut olunub. İnsanlara müəyyən musiqi dinlədilib, eyni zamanda ekranda müəyyən mətnlər verilib. Məlum olub ki, insan ekranda oxuduğundan asılı olaraq qulağı musiqini müxtəlif cür eşidib.


“Biz bir hiss orqanımızla informasiya aldıqda, beyin onu bir obrazda qəbul edib çatdırır. Amma eyni vaxtda prosesə digər orqan qoşulduqda, mənzərə dəyişir, beyin onu ayrı cür mənimsəyir, hətta müxtəlif insanların beyni öz sahibinə informasiyanı fərqli çatdıra bilər.


90% informasiyanı biz gözlərimizlə əldə edirik. Bu o deməkdir ki, beyin daha çox gözlərə etibar edir. Görüntü bütün digər informasiyanı üstələyəcək.


Belə olan halda uğurlu təhsil üçün vizual görmə mütləqdir. Əgər biz nəyəsə qulaq asırıqsa, beyin onu təxmini 50% işləyir, amma biz onu yazsaq, oxusaq 90% mənimsənilir. Gördüyümüz hər şeyi yazmaq, görmək üçün yazmaq və oxumaq lazımdır. Mexaniki yazanda belə informasiya yadda qalacaq”.

Aygün Musayeva