Britaniyalı alimlər beynin işini yaxşılaşdıran meyvərlərin üzərində elmi işini yekunlaşdırıb.
Məlum olub ki, limon, portağal, qreypfrut və digər sitrus meyvələri və şirəsi beynə çox yaxşı təsir edir.
Noridc Universitetinin əməkdaşları qeyd edib ki, çox sitrus meyvələrində polifenol, flavanoidlər vardır ki, beyin bunların təsirindən həm təmizlənir, həm də hüceyrələri qidalanır.
İnsanlar üzərində keçirilən eksperiment göstərdi ki, sitrusdakı polifenollar beyində iltihab əleyhinə və antioksidant təsir edir. Onlar beynin toxumasını qoruyur, yaddaşı yaxşılaşdırır.
Bundan əvvəl Avstraliya alimləri sübut etmişdilər ki, almada olan maddələr beyində yeni hüceyrələr yaradır.