Elə qidalar var ki, onlar beynin inkişafında böyük rol oynayır. Hipofiz vəzi böyümə hormonlarının əmələ gəlməsinə, maddələr mübadiləsinə və reproduktiv funksiyaya cavabdeh olan beyin hissəsidir. Onun yaxşı işləməsi üçün diyetoloqlar müəyyən qida menyusu təklif edirlər.
“Medicina” xəbər verir ki, diyetoloq Vera Denejkanın sözlərinə görə, düzgün qidalanma hipofizin yaxşı işləyəcəyinə zəmanətdir.
“Tərkibində konservantlar, boyalar, dad artırıcılar olan kolbasa və digər məhsulların istifadəsindən imtina etmək və ya heç olmasa minimuma endirmək lazımdır. Beyinə zərərli qidalar arasında spirt, duz və yağlı ətlər də var.
Bu beş məhsuldan istifadə isə hipotalamusa fayda verəcək.
• Toyuq yumurtalarının tərkibində lutein var - beynin normal fəaliyyəti üçün əvəzolunmaz bir maddə.
• Qoz - A, B, C vitaminləri, yağlar, həmçinin dəmir, kobalt, yod, maqnezium və sink kimi mikroelementlərin yüksək olması səbəbindən hipofiz vəzini stimullaşdırmaq qabiliyyətinə malikdir.
• Dəniz yosunu - beynin, xüsusən də hipofiz vəzinin oksigenlə təmin olunmasına faydalı təsir göstərir.
• Tünd şokolad - beyin fəaliyyətini stimullaşdırır, çünki sinir hüceyrələrini aktivləşdirmək qabiliyyətinə malikdir, qan damarlarına və beynin oksigenlə təmin edilməsinə faydalı təsir göstərir.
• İspanağın - tərkibində çoxlu dəmir var ki, bu da hipofiz vəzinin qan tədarükünü yaxşılaşdırır. Böyük miqdarda antioksidantlar hipofiz adenomasının inkişafının qarşısını alır.
Həmçinin toyuq əti, yağlı balıq, yerkökü hipofiz vəzinin normal fəaliyyəti üçün faydalıdır”.
Aynurə Məmmədova