Alimlər insan beynində xüsusi tip kompas neyronlar olduğunu aşkarlayıb. Onların sayəsində biz harda olduğumuzu və hara getdiyimizi təyin edirik.
Medicina.az xəbər verir ki, Miçiqan Universitetinin alimləri elmi araşdırmalarının nəticəsində bunu sübut ediblər. Siçanlardan alınan siqnalları təhlil edərkən, retrosplenal kökdə fərqli sinir hüceyrələri aşlarlanıb.
Beyində bu hissə navigator rolunu oynayır. Bu hissənin bütün neyronları biz başımızı sağa, sola çevirib, istiqaməti təyin edəndə oyanırsa, bir qisim neyronlar başımız tərpənməz vəziyyətdə olduqda da işlək və aktiv görünüblər.
Bu yeni tip neyronlar çox unikaldır və onları LR neyronlar adlandırıblar. Onlar insanda istiqamət hissi, kompas rolunu oynayır.
LR neyronlar həmişə şimalı göstərir – deyə alimlər bildirir.
Məhz bu neyronların yerləşdiyi retrosplenal kötük Alsgeymer xəstəliyində ən çox zəerər görən hissədir. Bu xəstələrdə bu hissə demək olar ki, sönür və beyindaxili kompas işləmədinyindən insanın olduğu və getdiyi yeri təyin etməsi çətinləşir.