Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beynimizdə ilişib qalan mahnılar – "Qulaq qurdları"

  • 2023.08.03 18:41
  • 1347 Baxış
Beynimizdə ilişib qalan mahnılar  –  "Qulaq qurdları"

Reklamdan müsiqi parçası, TikTok-dan mahnı, yeni yay hiti, hansısa mahnının nəqəratı- bütün bu melodiyalar beynin içində ilişib qala bilər və bəzən onlardan qurtulmağın heç bir yolu olmur .

“Medicina” xəbər verir ki, İngilis dilində bu cür obssesif, yapışqan, çılğın motivlər "qulaq qurdları" adlanır, başın içində sürünür və oradan xaric edilə bilməz.


Alimlər "qulaq qurdlarını" "ixtiyari musiqili görüntülər" adlandırırlar, çünki onlar xəbərdarlıq olmadan başımızın içinə sürünürlər. Bu, adətən zümzümə etmək asan olan çox sadə, təkrarlanan melodiyadır.

"Qırılmış rekord" fenomeni insanlar arasında çox yayılıb.

Belə ki, 2020-ci ildə amerikalı tələbələrin iştirak etdiyi sorğuya əsasən, onların demək olar ki, 100%-i bu və ya digər “qulaq qurdu”ndan əziyyət çəkib.

Corciya Texnologiya İnstitutunun (ABŞ) musiqi üzrə dosenti Kler Arturun sözlərinə görə, melodiyaların beynində ilişib qalması bütün yaşlarda və bütün mədəniyyətlərdə baş verən universal fenomendir. Qulaq qurdunun beynimizdə kortəbii olaraq yaranan hər hansı digər yaddaşdan fərqi odur ki, “təkrar üzərində dayanır”, sonsuz təkrarlanır və ya sadəcə bir neçə dəfə təkrarlanır.

Alimlər hələ dəqiq bilmirlər, lakin onlar bunun beynimizin özəllikləri ilə bağlı ola biləcəyindən şübhələnirlər. “Psixologiya of Music” jurnalında dərc olunan tədqiqatlar göstərir ki, “qulaq qurdları” ən çox bizim üçün yeni bir vəziyyətdə, həmçinin istirahət, yorğunluq və cansıxıcılıq vəziyyətində baş verir.

Cənubi Uels Universitetinin (Avstraliya) professoru Emery Şubertin sözlərinə görə isə, beynimiz məlumat saxlayan olduqca mürəkkəb neyron şəbəkələrindən ibarətdir və ağlımız ətrafda gəzəndə qeyri-ixtiyari olaraq, təkrara əsaslanan hansısa yeni motivdən yapışır. Əslində, mahnı yazan bəstəkarlar melodiyanın ilişib qalma şansını artırmaq üçün qəsdən musiqiyə təkrarlanan nəqəratlar düzəldirlər.

Özündə qeyri-ixtiyari musiqi obrazları düşüncənin bir formasıdır, yəni bəzi düşüncələr qeyri-məhsuldar fiksasiya, “zehni saqqız çeynəmək”dir. Tədqiqatlar göstərir ki, artan narahatlıq, travma sonrası stress pozğunluğu və obsessif-kompulsiv pozğunluğu olan insanlar qulaq qurdlarına xüsusilə həssasdırlar.

Əgər tıxanmış bir muqisi aylarla sizi buraxmırsa və normal yaşamağınıza mane olursa, həkimə müraciət etməlisiniz.
Həmin müsiqini bir dəfə yenidən başdan ayağa kimi dinləmək, fikirinizi yayındıran düşüncələr və ya iş görmək, şəxsi pleylistinizi yeniləmək, musiqinin sözlərini dəyişməklə qulaq qurdlarından xilas ola bilərsiniz.

Günay Quluzadə