Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beyni zədələyən 5 risk faktoru

  • 2023.07.25 18:42
  • 984 Baxış
Beyni zədələyən 5 risk faktoru
Beynimiz bizim əsas idarə sistemimizdir. Beynə zərər gələrsə, digər orqanlar da zərər görmüş olacaq.


Kovid, infeksiyalar, baş travması, yuxusuzluq və ya xroniki stress kimi faktorlar kədər, sağlamlıq, maddi sıxıntı və müvəffəqiyyətin azalması kimi mənfi nəticələrə səbəb ola bilər.

“Medicina” xəbər verir ki, nevroloq Aleksandra Alexinanın sözlərinə görə, birinci risk faktoru qan dövranı pozulmasıdır.

Aşağı qan axını Alzheymerin bir nömrəli proqnozlaşdırıcısıdır. Aşağı qan axını - kofein, nikotin, spirt, oturaq həyat tərzi və artıq çəki və s səbəblərdən yaranır.

“Kiçik miqdarda kofein ümumiyyətlə, normal hesab edilsə də, həddindən artıq istehlak mənfi təsirlərə səbəb ola bilər.

O, kortizolu artırır, qarın ətrafında piy yığır, hipokampusu daraldır.

Bundan əlavə, kofein qan axınını 30 faizə qədər azaldır, yalançı enerji hissi yaradır və yuxu ehtiyacını tənzimləyən kimyəvi siqnalları bloklayır”.

Aynurə Məmmədova