Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qidalar beyni stresdən qoruyur

  • 2018.04.10 15:50
  • 17732 Baxış
Bu qidalar beyni stresdən qoruyur
Stress beyin hüceyrələrinə çox mənfi təsir edir, beyinin daha tez qocalmasına səbəb olur. Beynin fəaliyyətini yavaşladır. Hətta unutqanlığa da səbəb ola bilər.


Medicina.az xəbər verir ki, alimlərin müşahidələrinə görə, bəzi qida məhsullari beyini stressin dağıdıcı təsirindən qorumağa kömək edir:



1. Çuğundur


Çuğundurun tərkbində olan maddələr beyinin qan dövranını yaxşılaşdırır. Həmçinin bu tərəvəzin tərkibində betanin var. Betanin Alsheymer xəstəliyinə səbəb olan zülali maddələrin beyində toplanması prosesini ləngidir.


2. Nar


Antioksidant maddələri ilə zəngin olan nar beyində iltihabın riskini azaldır, yaddaşı yaxşılaşdırır.


3. Sarıkök


Təbii antidepressant sayılan sarıkök əhvalı yaxşılaşdırır və həyacanı azaldır. Sarıkökün əsas təsiredici maddəsi "kurkumin" beyində yeni hüceyrələrin əmələ gəlməsi proseslərini aktivləşdirir, yaddaşı, diqqəti, təfəkkürü yaxşılaşdırır.

Bu qidalar beyni stresdən qoruyur