Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beyni insultdan qorumaq üçün bunu yeyin

  • 2022.09.05 15:26
  • 2872 Baxış
Beyni insultdan qorumaq üçün bunu yeyin


Likopin və kaliyumla zəngin pomidor beyni müdafiə edir.


"Medicina" xəbər verir ki, Neurology dərgisində çap olunan elmi məqalədə pomidorun insanı insultdan qoruması barədə yazılıb.


45-65 yaş arası 1100 kişi arasında aparılmış təcrübədə sübut olunub ki, orqanizmində karotonoid likopin çox olan kişilərdə beyin sağlamlığı daha yüksək olub.


Bu maddə təbii olaraq pomidorda və bəzi bitkilərdə var.

Təcrübə bir neçə il çəkib. Bu müddət ərzində 50 kişi işemik insultla xəstəxanaya yatırılıb.

Orqanizmində yüksək likopin olan kişilərdə insult riski 59% az olub.

Likopin az olanlar isə daha çox insult olub.

Bunu nəzərə alaraq, pomidorun insulta qarşı effektiv mübarizə apardığını demək olar.


Britaniyanın Hipertoniya ilə mübarizə təşkilatı da pomidorun arterial təzyiqi saldığını açıqlayıb.


Pomidorda olan kaliy orqanizmdə maye durğunluğuna nəzarət edir. Kaliy çatışmadıqda, bədən artıq mayeni tutub saxlayır.


Həftədə bir neçə dəfə 200 ml təmiz pomidor şirəsi içmək təzyiqi normallaşdırır, ürəyi sağlam edir.

Aygün Musayeva