Alimlər yaşıl yarpaqlı tərəvəzlərin beynin gəncliyi və aktivliyinin qorunması üçün effektiv olduğunu bildirib.
"Medicina" xəbər verir ki, həkim Debora Li demensiya riskini azaltmaq üçün faydalı tərəvəzləri və göyərtini sadalayıb.
"Gündə minimum bir pors yaşıl yarpaqlı tərəvəz yaşlanma ilə bağlı beyində baş verən geriləməni əngəlləyir.
Rasiona ispanaq, kələm daxil edin. Bunlar sizin beyninizi yaşınızdan 10 yaş gənc saxlaya bilər.
Yaşıl səbzələr beynin düşünmə sürətinə pozitiv təsir edir.
Alimlər 960 könüllü üzərində eksperiment aparıb .
Məlum olub ki, 50 yaşından daha çox yaşıl tərəvəz və səvzə yeyənlərdə qocalıq əqli geriliyi daha az rast gəlinib.
Onlar kələm, ispanaq, kahı və s. yeyiblər.
Belə ki, yaşıl yarpaqlar fol turşusu, filloxonlar və karotinoidlərlə zəngindir.
Lütetn sinir sisteminin iltihabına qarşı təsir edir.
Aygün Musayeva