Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beyni cavan saxlamaq üçün nə edək?

  • 2023.07.13 19:56
  • 2038 Baxış
Beyni cavan saxlamaq üçün nə edək?
Uzunömürlü olmağın sirlərindən biri beyninizi aktiv saxlamaq və yeni şeylər öyrənə bilməkdir. Beynin sağlam və gənc qalmasına kömək etməklə yaşla bağlı idrak problemləri riskini azaltmaq olar.


“Medicina” xəbər verir ki, nevroloq Vladimir Yaroxinin sözlərinə görə, beyin sağlamlığı üçün çox gəzmək lazımdır. O, ünsiyyət üçün həmsöhbətlərlə gəzintilərin faydalı olduğunu vurğulayıb. Məsələ burasındadır ki, gündə təxminən yarım saat gəzmək demans riskini 60 faiz azaldır.


“Amma yerimək və ünsiyyət qurmaq beyin sağlamlığı üçün daha faydalıdır. Belə ünsiyyət beynin müəyyən sahələrini stimullaşdırır, əhval-ruhiyyəyə, konsentrasiyaya, diqqətə, maddələr mübadiləsinə və yuxuya müsbət təsir edir və demensiya riskini əhəmiyyətli dərəcədə azaldır.


Pilləkənlərə qalxmaq da beyni gənc saxlamağa kömək edir. Onun sayəsində beyni qidalandıran qan axını aktivləşir.
Bundan əlavə, yaxşı qida beyinə müsbət təsir göstərir. Müxtəlif giləmeyvə, meyvə, tərəvəz, lif, qoz-fındıq yeməklə beyinə çoxlu fayda gətirir. Tərkibindəki flavonoidlər idrak problemləri riskini azaldır.


Daim məşğul olmaq vərdişi, zaman - zaman istirahətə ehtiyacı olan beyni həddindən artıq yükləyə bilər. Sağlamlığını qorumaq üçün istirahət etməyi, işdən qopmağı bacarmaq vacibdir. İş və istirahət arasında balans lazımdır”.


Aynurə Məmmədova