Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beyni 3 aya gücləndirən meyvə açıqlandı

  • 2023.11.30 19:53
  • 1509 Baxış
Beyni 3 aya gücləndirən meyvə  açıqlandı

Amerikalı alimlər beynin fəaliyyətini yaxşılaşdıran super giləmeyvəni tapıb.


“Medicina” xəbər verir ki, elmi tədqiqatlar göstərib ki, çiyələk yeyilməsi beynin funksiyasına müsbət təsir edir.

Bu giləmeyvə psixi sağlamlığı, yaddaşı yaxşılaşdırır, demensiya riskini azaldır.

Çiyələyin təsiri artıq 12 həftə ərzində ğöstərməyə başlayır.


Eksperimentdə 50-60 yaş aralığında 30 nəfər iştirak edib.

Onlar 2 qrupa ayrılıb, 1 qrupa çiyələk tozu verilib.

3 aydan sonra bu qrupda yaddaş və koqnitiv funksiyaların yaxşılaşdığı müəyyən olunub.

Çiyələyin təsiri bununla bitmir. Onda olan polifenollar sinir sistemini, onurğanı da neyrodegenerativ pozulmalardan qoruyur.

Alsheymer, Parkinson, demensiyanın qarşısını alır.

Antioksidant təsir ğöstərib, sərbəst radikalları zərərsizləşdirib, xərçəngə qarşı qoruyur.

Çiyələk dəri, ürək, təzyiq üçün də təsirlidir, bədəndə natriumu azaldır.

Aygün Musayeva