Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beynəlxalq qurumdan SOS: duz və şəkəri azaldın!

  • 2019.04.19 13:02
  • 9729 Baxış
Beynəlxalq qurumdan SOS:  duz və şəkəri azaldın!

Ümumdünya Səhiyyə Təşkilatı şəkərin gündəlik qida rasionumuzun 10 faizindən çox olmamalı olduğunu açıqlayıb. 


Medicina.az-ın xəbərinə görə, ÜST-ın araşdırmaları göstərir ki, gündəlik duz qəbulunu azaltmaqla da hər il 2,5 milyon insan həyatını xilas etmək olar. 


Duz və şəkər nələrə səbəb olur.


• Yaddaş pozuntuları

• Ürək-damar xəstəlikləri

• Böyrək xəstəlikləri

• Damarlarda problemlər

• Baş ağrıları

• Görmə qabiliyyətinin zəifliyi

• Dişlərdə problem

• Həzm pozuntusu

• Piylənmə

• Dəri problemləri

• Hormonal disbalans

• Ayaqlarda varikoz xəstəliyi


ÜST təşkilatı gündəlik qida qəbulunun 5 qramdan (təxminən bir çay qaşığı) az olmasını tövsiyə edir.


 Birçox insanlar üçün duz və şəkər gündəlik qida rasionunun ayrılmaz hissəsidir. Həkimlər isə bu məhsulların istifadəsini azaltmağı məsləhət görür.

 Duzun və şəkərin qəbulunu azaltmaq üçün məsləhətlər:


• Qazlı/şəkərli içkilərdən uzaq durun

• Ağız dadınızı dəyişin. Şəkər qəbulunu hissə-hissə azaldın

• Meyvə şirələrini özü ilə əvəzləşdirin

• Qida etiketlərinə fikir verin. Yüksək şəkərli məhsullardan çəkinin

• Yemək hazırlayarkən duzdan az istifadə edin.

• Çox duzlu qidaları özünüzdən uzaq tutun.