Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beynəlxalq Əlillər Günüdür

  • 2018.12.03 09:59
  • 11103 Baxış
Beynəlxalq Əlillər Günüdür
Bütün dünyada 3 dekabr Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. 1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü"kimi qeyd olunması haqqında Bəyannamə qəbul edilib. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.


Medicina.az xəbər verir ki, müxtəlif səbəblərdən: anadangəlmə, müharibələr, yol-nəqliyyat, istehsalat qəzaları, xəstəliklər nəticəsində fiziki imkanların qismən itirilməsi əlillik hesab edilir. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.


Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında”Konvensiyaya qoşulub. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Fiziki qüsurlu şəxslər dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə və minik avtomobilləri ilə təmin edilib. Bundan əlavə fiziki məhdudiyyətli şəxslər bır sıra dövlət müəssisələrində işlə təmin edilərək onların sosial həyata inteqrasiya olunurlar.   

 

Medicina.az