Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beynəlxalq Cüdo Federasiyasından koronavirusla bağlı yeni qərar

  • 2020.03.10 21:06
  • 2571 Baxış
Beynəlxalq Cüdo Federasiyasından koronavirusla bağlı yeni qərar
Koronavirus epidemiyasına görə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışları 30 aprel tarixinədək təxirə salan Beynəlxalq Cüdo Federasiyası (IJF) təsnifat dövrünü uzadıb.

IJF-in Mətbuat Xidmətindən verilən məlumata görə, idmançılar iyunun 30-na qədər lisenziya xarakterli turnirlərdə iştirak edə biləcəklər. Bu barədə qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Bundan başqa, 30 aprel tarixinə nəzərdə tutulan qitə çempionatının təxirə salınacağı da bildirilib.

Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərindəki Böyük Dəbilqə, Gürcüstanın paytaxtı Tbilisi və Türkiyənin Antalya şəhərindəki Qran-prilər, həmçinin 6-8 martda Mərakeşin paytaxtı Rabatda nəzərdə tutulan Qran-pri turniri ləğv olunub. Gürcüstan və Türkiyədəki yarışlarda Azərbaycan cüdoçularının da iştirakı nəzərdə tutulub.