Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beyini təmizləməyin ən effektiv yolu budur - Həkim AÇIQLADI

  • 2021.06.15 15:40
  • 1945 Baxış
Beyini təmizləməyin ən effektiv yolu budur -  Həkim AÇIQLADI
Yuxu zamanı beyin “toksinlərdən” təmizlənir, buna görə sağlam yuxu bütövlükdə bədənin sağlamlığı üçün son dərəcə vacibdir.

Medicina.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı və həkim Aleksandr Myasnikov teleqram kanalında söyləyib. Yuxu ilə əlaqəli yeni araşdırmalardan bəhs edən ekspert hazırda bu məsələ üzərində tədqiqatlar aparıldığını qeyd edib:

“Uzun müddət yatmalarına icazə verilməyən könüllülərdə kifayət qədər yatanlara nisbətən suda həll olan metabolitlərin “təmizlənməsində” əhəmiyyətli dərəcədə azalma olduğu üzə çıxıb”.

Həkim yuxu çatışmazlığının ciddi xəstəliyə, xüsusən də beynin idrak funksiyasının azalmasına səbəb ola biləcəyini əlavə edib.