Neyrobika – beyin üçün fitnesi xatırladan psixoloji hərəkətlərdir. Bu hərəkətlər zamanı görmə, eşitmə, dadbilmə, qoxubilmə və toxunma kimi 5 hissi orqan fəaliyyətə keçir. Bu orqanların sistematik fəaliyyətləri beynin yeni sinir əlaqələrinin yaranmasına səbəb olur ki, bu da yaddaşı yaxşılaşdıran maddələrin sintez olunmasına şərait yaradır.
1. Dişlərinizi işlək olmayan əlinizlə fırçalayın
Araşdırma göstərir ki, beyin yarımkürələrindən işlək olmayan hissənin işlədilməsi beyin qabığının funksiyasını yaxşılaşdırır. Buna görə də, çalışın ki, çox vaxt dişlərinizi işlək olmayan əlinizlə firçalayasınız. Həmçinin də çalışın ki, məcunun qapağını da həmin əlinizlə açasınız.
2. Gözləri qapalı şəkildə duş qəbul edin
Təxmini edilən fiziki hərəkətlər baş beynin zonalarını aktivləşdirir. Sizin əlləriniz gözlərinizin görmədiyi obyekt haqda beyninizə siqnal ötürəcək.
Bunun üçün hətta krantı da gözübağlı aça bilərsiniz.
3. Öyrəşdiyiniz səhər rejimini dəyişin
Beyinin tədqiqi göstərir ki, yeni tapşırıqlar beyin qabığında olan zonaların işini aktivləşdirir. Buna görə də, çalışın ki, hər gün etdiyinizin əksinə olaraq səhər yeməyindən sonra geyinin, fərqli ərazidə yürüş edin, sevimli televiziya kanalınızı başqası ilə əvəzləyin və s.
4. Əşyaları tərsinə çevirin
Siz düzgün formada dayanmış əşyalara baxdıqda beyinin sol verbal hissəsi onu tez tanıyır və diqqəti başqa yerə yönəldir. Əşyaları tərs çevirdikdə isə beyinin sağ tərəfi işə düşür və əşyanın forma və rəngini təyin etməyə çalışır. Bunun üçün divardan asılan fotonu, divar saatını və ya təqvimi tərsinə çevirə bilərsiniz.
5. Stol ətrafında oturduğunuz yeri dəyişin
Bir çox ailələrdə stol ətrafında hər kəsin öz yeri olur. Amma sizin beyniniz yenilik istəyir. Buna görə də əyləşdiyiniz stulu, hətta otaqda stolun yerini tez-tez dəyişməyiniz yaxşı effekt verəcək.
6. Fərqli ətirlərdən istifadə edin
Sevdiyiniz ətrin ekstraktını yatağınızın yanında 1 həftə boyunca saxlayın. 1 həftədən sonra ətri başqası ilə əvəzləyin
7. Avtomobilinizin pəncərəsini açıq saxlayın
Hippokampus baş beyinin yaddaşa nəzarət edən bir hissəsidir. Onu aktivləşdirmək üçün maşında bir sıra dəyişikliklər edə bilərsiniz: pəncərəni açın, fərqli ətirdən istifadə edin və s.
Arzu
Medicina.az