Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beyini ağıllı edən – 5 vacib hormon

  • 2023.07.06 14:31
  • 1512 Baxış
 Beyini ağıllı edən  –  5 vacib hormon
Beyinə təsir edən bəzi maddələr əhval- ruhiyyəyə, yuxuya, iştaha, konsentrasikyaya təsir edir. Bu maddələr beynin daha fəal işləməsinə təsir göstərir.


“Medicina” xəbər verir ki, həkim Aleksandr Jitonun sözlərinə görə, 5 beyin hormonunun aktiv olması vacibdir:


Dofamin. Əhvalın tənzimlənməsində və motivasiyada əsas rol oynayır. Dofamin çatışmazlığı depressiya və digər psixi pozğunluqlarla əlaqələndirilir. Onun çatışmazlığını qoz-fındıq, banan, şokolad, yağlı balıq, avokado yeməklə doldura bilərsiniz.


Serotonin. Əhval-ruhiyyəni, yuxunu, iştahı və yaddaşı tənzimləyir. Serotonin diqqət mərkəzində və sosial davranışın tənzimlənməsində iştirak edir. Hinduşka və toyuq kimi qidalarda, müxtəlif növ balıqlarda, yumurtada, pendirdə, badamda, küncütdə olur.

Norepinefrin. Əhvalın və iştahın tənzimlənməsində iştirak edən stress hormonudur. Rəqəmlər çox yüksək olduqda, narahatlığa və əsəbiliyə səbəb ola bilər. Hormonun miqdarı qan və sidik testləri ilə müəyyən edilir.

Asetilkolin. Yaddaş və öyrənmədə əsas rol oynayır. Diqqətin tənzimlənməsində, məlumatların təhlilində və qərarların qəbulunda iştirak edir. Asetilkolin çatışmazlığı demans və digər yaddaş pozğunluqları ilə əlaqələndirilir. İstehsalını stimullaşdıran qidalar: tərəvəz və meyvələr, heyvan məhsulları, qoz-fındıq və toxum.

Oksitosin. Sosial münasibətlərin və davranışların tənzimlənməsinə cavabdehdir. O, həmçinin yaddaşa seçici təsir göstərə bilər. Onu məhsullarda axtarmaq mənasızdır. Çünki o, əsasən emosiyalarla qarşılaşdığımız zaman istehsal olunur. Əgər oksitosini artırmaq istəyirsinizsə, dostlarınızla daha tez-tez ünsiyyət qurun, qucaqlayın, yeni xoş tanışlıqlara can atın.

Günay Quluzadə