Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beyinə kreativ ideya gəlməsi üçün nə etmək lazımdır?

  • 2022.10.12 14:17
  • 1970 Baxış
Beyinə kreativ ideya gəlməsi üçün nə etmək lazımdır?


Yəqin ki, bir çoxlarına tanışdır: hansısa vəziyyətdən çıxmaq və ya yenilik etmək üçün beyinə ideya, qeyri-standart plan gəlmir. Və ya yaradıcı insanlar ilham pərisiz qalıb.


"Medicina" xəbər verir ki, ABŞ universitetinin psixoloqları beyinə yeni, kreativ ideyaların, fikirlərin gəlməsi üçün sirri tapıblar.

Bu vaxta qədər güman olunurdu ki, beyin rahat olanda, fikri harasa başqa bir şeyə yayınanda, insan sanki buludlarda olanda ideya gəlir. İdeya gəlməsi üçün itini götürüb gəzintiyə çıxmalısan, duş qəbul edib çay içməlisən və ya döşəməni yuyub fikrini yayındırmalısan.

Amma alimlər bunların əksini olan metodu tapıb.
Alimlər eksperiment zamanı 2 qrup insana fərqli metodlar ediblər.

Bir qrupa darıxdırıcı, yeknəsək bir film, məsələn 2 kişi tarlada işləyir səhnələri izlədiblər.

Digər qrupa isə tonus verici, həyəcanlı səhnələrlə dolu macəra filmi.

Nəticələr göstərib ki, ikinci tip roliklərlə baxanlarda daha çox yeni yaradıcı ideyalar meydana gəlib, nəinki darıxdırıcı rolik.

Ona görə də beyini yayındırmağın yolu gəzinti yox, əksinə həyəcanlı bir şeyə yönəltməkdir.

Aygün Musayeva