Nitqin pozulması və sağ ətraflarda gücün azalması şikayəti ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edən xəstədə beyninin sol tərəfində böyük törəmə aşkar edilib.
Medicina.az xəbər verir ki, törəmə hərəkət və danışıq mərkəzlərinə yaxın yerləşən, Glioblastoma multiforme mərkəzi sinir sisteminin bədxassəli şişi olub, birincili beyin şişlərinin ən aqressiv və sıx görülən formasıdır.
Hər yaşda rast gəlinə bilən bu xəstəliyin müalicəsi əsasən cərrahi əməliyyatdan və yatağın şüalanmasından ibarətdir.
Neyrocərrah Azər Əkbərov tərəfindən törəmə xaric edilib. Əməliyyatdan sonra heç bir qüsur izlənilməyib. 4 ay sonra çəkilən baş beyin KT-də beyin dislokasiyası və ödəm keçib.