Baş beyin – bədəndə ən çox hava, oksigen, qandan ən çox qidalı maddələri tələb edən orqandır. Ona görə o, daha çox oksigen aclığına həssasdır və bunu zamanla biruzə verir. Sinir hüceyrələri oksigen aclığına-hipoksiyaya çox həssasdır.
Beyində, başda oksigen catışmazlığını göstərən əlamətlər bunlardır. Baxdıqda, bəlkə də çoxunuzda var:
-Başgicəllənmə - oksigen çatışmazlığının birinci əlamətidir, vestibulyar aparat pozulur, səndirləmə, qulaqlarda uyultu, küy olur
-Baş ağrıları, spazmlar
-Ürəkbulanma, qusma
-Halsızlıq, zəiflik
-Əsəbi oyanlıqlıq, psixoz
-Bənizin, əllərin ağarması
-Gözlərdə qaranlıq, sayrışma
-Ürək döyünmə, nəbzin artması
-Uzunmüddətli hipoksiyada huşun itməsi, bayılma və koma
-Xroniki hipoksiyada vegetativ pozuntular, başda sanki pulsasiya, döyünmə, istilik, gözlərdə qaralma, görmədə zəiflik, boyunda istilik, ürək nahiyədə ağrı, təngnəfəslik müntəzəm hiss olunur.
Beyin oksigensiz cəmi 5-7 dəqiqə dözə bilər. Ondan sonra bioloji ölüm baş verir.
Əgər beyin oksigenlə təchiz olunmursa və bundan sinir sistemi, sinir hüceyrələri zərər görübsə, o zaman insult sonrası depressiya, yaddaşın itməsi, qıcıqlanma, oyanıqlıq, apatiya baş verir
Beynin havasız qalmasının səbəbləri
-Xroniki xəstəliklər
-Uzun müddətli ağır iş
-Ümumi qan dövranında pozulmalar, damarların tutulması
-Ağciyər xəstəlikləri
-Anemiya
-Ürək-damar xəstəlikləri
-VSD, nevroz
-Diabet, zob, hipertireoz
Peşə və iş yeri ilə bağlı
Çox hipoksiyalar insanlarda iş yeri ilə bağlı olur. Hündürlükdə çalışanlar, şaxta, metro, quyu, sualtı, qapalı yerlərdə çalışanlar, otaqlarda normal havalandırıcı olmayan yerlərdə çalışanlar, zərərləli maddələr udanlarda daha çox rast gəlinir
Müayinə
Hipoksiyanı nevroloq təyin edir. Müayinə üçün qan analizi, MRT, EXQ və digər müayinələr təyin olunur.
Müalicəsi
Kompleks olmalıdır. Səbəb, hipoksiyanın kökü, növü, hardan qaynaqlandığına uyğun seçilir. Beyin hüceyrələrini normal qan, oksigenlər təmin etmək üçün hiperaritik oksigenasiya aparılır.
Eləcə də qan köçürmə, qanın oksigenlə təchizarı, oksigenterapiya, plazmafarez, stereod hormonların təyini, qan dövranı normallaşdıran preparatlar təyin olunur.
Profilaktika məqsədilə insan beyin oksigen aclığının xronikliyə keçməsinin qarşısını almaq lazımdır. Aktiv idman, açıq havada 1-2 saat gəzməz, təmiz hava,düzgün qidalanma, işlədiyiniz yerin və yatdığınız otağın havalandırılması, masaj, müxtəlif tənəffüs gimnastikaları, hərəkətləri olunmalıdır.
Zərərli peşədə çalışanlar hər 2 saatdan bir təmiz hava almağa çalışmalıdır.
Salam mende pillekenleri çıxarkən yada yolu tez addımlayarkən başımda güçlü Ürek döyüntüləri baş verir
Beynimdə cox uyultu var bağım gedir 2,3 gün olur cəklir
dff
Salam.mende aybasi zamani 3gun qabaq nefes darliqlari bas verir neden olur?
Oksigen çatışmamazlığından əziyyət çəkən şəxs 6 gün huşsuz qalarsa,və ona ev müalicəsi deyirlərsə,sağalmaq ehtimalı varmı
Salam. Hekim mende daha cox hamamda sanki suyun buğu meni vuranda olur, urek döyüntüsü, baş ağris, baş gicellenme, 1-2defe hetta bayilmişam, Hemin o sixilma ani ureyimin döyüntüsü başima vurur, 23 yaşim var dərimin rengi herzaman beyaz olur sanki qanim azdi gözleriminde etrafi cökmüş veziyetde qapqara, neqeder Havana gezsemde yenede rengim solğun gozleriminde etrafi qara olur bununla bağli ne etmeliyem? Ne meslehet gorerdiniz. Evvelceden teşekkur edirem
Baw agrılarım olur oksigen catmır beynime hicablıyam hicabımın bunu ziyanı var
Xhhshx
Məndə boğulma, ürek agrıları, nəfəs darlığı baş gicellənmə, ayaq ağrilari... bu qeder yazırlq ama cavab veren yoxdu. Bu insanlarin sizə ehtiyaci var həkim cavablandırın zəhmət olmasa
Salam məndə başımda güclü səs var.Ürək döyüntüsü var. İldə 2-3dəfə yıxılıram ayılanda görürəm yerdəyəm. Həkim mənə məsləhət verin.
Men halsizliq,urekbulanma,uşutmə və tərləmə ,istahsizliq esme olur ,hansi hekime muraciet edim?sumqayit da yasayiram
Oksigenim çatmır,göyərirəm,ayaqlarımda ağırlıq,başda sıxılma,baş gicəllənmə,ürək bulanma,ürək döyünməm var.Hansı həkimə baş vururam,mənlik deyil söyləyirlər..Hansı mütəxəssis həkimə müraciət etməliyəm?
Salam məndə ele olurki havam catmir sanki bogulacam mənə elə gəlir ama bilmirəm nədəndir mən nə etməliyəm havada elə olmuram ancaq evin içində elə oluram havalı yerdə yaxşı oluram
Qulaqlarda kuy səslər baş agrısı
Sagolun deyerli melumatiniz ucun