Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beyin xərçənginin ən təhlükəli növü üçün qan testi

  • 2023.03.03 17:45
  • 2594 Baxış
Beyin xərçənginin ən təhlükəli növü üçün  qan testi
Alimlər beyin xərçənginin ən təhlükəli növünü aşkar etmək üçün qan testi yaradıblar. Bu test xəstəliyin inkşafını kontrol altında saxlamaq üçün nəzərdə tutulub.

“Medicina” xəbər verir ki, ABŞ Pensilvaniya universiteti beyin xərçənginin ən təhlükəli növünün biomarkerlərini aşkar etmək üçün qan testi hazırlayıblar.

Araşdırmanın nəticələri The Journal of Neuro-Oncology jurnalında dərc olunub.


Beyində yaranan bu şişin adı “glioma” adlanır. Bu şiş beyin və ya onurğa beyninin “glial” hüceyrələrinə təsir edən şiş növüdür. Dünyada ən çox görülən və ən çox ölüm verən xərçəng növüdür.

Həkimlər bu şişi izləmək və yoxlamaq üçün MRT, KT dən istifadə edirlər. Buna baxmayaraq, bu xəstəliyi qan analizi yolu ilə də daha dəqiq izləmək və kontrol etmək mümkün olacaq.


Günay