Baş ağrısının müxtəlif səbəbləri ola bilər və beyin xərçəngi bunlardan biridir.
Medicina.az publika.az-a istinadla xəbər verir ki, İngiltərədəki "Cancer Research" mərkəzinin mütəxəssisləri bununla bağlı apardıqları araşdırmanın nəticəsini açıqlayıblar.
Ürək bulanması ilə müşayiət olunan baş ağrısı:
Beyin xərçəngində baş ağrısı tez-tez ürək bulanması ilə müşayiət olunur.
Ani baş ağrısı:
Şiddətli baş ağrısı bir mütəxəssisə müraciət etmək üçün yaxşı bir səbəbdir. Xüsusən əvvəllər belə bir ağrı keçirməmisinizsə...
Gecə baş ağrısı:
Gecə baş ağrısı sizi oyadırsa, bu da həkimə müraciət etmək üçün bir səbəbdir.
Görmə dəyişiklikləri ilə müşayiət olunan baş ağrısı:
Gözlərdəki ləkələr də beyin xəstəliklərinə işarə ola bilər. Belə bir problemi görsəniz, bir mütəxəssislə məsləhətləşməyin vaxtı gəlib.
Zamanla baş ağrısının kəskinləşməsi:
Zamanla ağırlaşan davamlı baş ağrıları da beyin xərçənginin əlaməti ola bilər.
Mütəxəssislər beyin xərçəngi inkişafı dövründə yaddaş problemləri və danışma pozuqluqları meydana gələ biləcəyini də xəbərdar ediblər.
Mən qadınam.Başım agriyir.Urek bulanmam var.Agri keçmir.Agrikesicide nimesil icirem kesmir.Bu neden ola biler
Əla