Ev şəraitində hər kəsin icra edə biləcəyi testlər tam tibbi müayinələri əvəz etməsə də, həkimə getməyə ehtiyac olub-olmadığını göstərə bilər.
“Medicina” xəbər verir ki, 2 əsas orqan olan beyin və ürəyin vəziyyətini öyrənmək üçün sadə test balansı tənzimləməyi yoxlayır.
Beynin vəziyyətini öyrənmək üçün düz dayanın, gözlərinizu yumun və bir ayağınızı qaldırın, yəni bir ayağı üstə durun. Çalışın balansı tutasız.
Nə qədər bacarırsızsa dayanın, sonra gözünüzü açıb müddəti hesablayın.
20-30 yaşlılar azı 28-30 saniyə dura bilməlidir
30-40 yaşlılar – 20-23 saniyə
40 yaş yuxarı və yaşlılar azı 15 saniyə o vəziyyətdə qala bilməlidir. Əgər alınmırsa, deməli, tarazlıq yoxdur və beyin aktivliyi azdır.
Yapon alimləri tarazlığı düzəltmək üçün bu metodu müntəzəm olaraq hər gün icra edib əzələ, əl-ayaq və beyinlə əlaqəni yaxşılaşdırmağı tövsiyə edir.
Ürəyi yoxlamaq üçün hansısa əşyanı tutub sıxın və ya kimdənsə xahiş edin, onun əlini sıxın. Əgər əlin gücü nə qədər çoxdursa, ürək-damar sistemi bir o qədər sağlamdır. Tutmaq və sıxmaq zəifdirsə, ürəyinizi yoxladın.
Bu texnikaları məşq kimi hər gün təkrarlamaq müəyyən əzələ qrupunun və ürək-damar sisteminin möhkəmləməsinə təsir edir.
Məsələn, siz xüsusi top, rezin alıb onu hər gün hər iki əlinizdə, ovcunuzda 20-30 dəfə sıxın.
Aygün Musayeva