Sağlam qəlyanaltı təkcə artıq çəkiyə, hipertoniya, diabet və ürək-damar xəstəlikləri riskinə deyil, həm də beynin funksiyalarına real təsir göstərə bilər.
“Medicina” xəbər verir ki, diyetoloqlar 5 sağlam qəlyanaltını açıqlayıb.
Bunlarla Alzheymer xəstəliyinin və digər psixi pozğunluqların yaranmasının qarşısını ala bilər.
1. Kəsmik - 100 qr. Tərkibində çoxlu B12 vitamini, xolin var
2. Banan - 1 əd. Öyrənmə qabiliyyətini artıran, həm qısa, həm də uzun yaddaşa təsir göstərən maqneziumla zəngindir.
3. Manqo - 100 qr. Tərkibindəki fol turşusu sinir hüceyrələrinin işini stimullaşdıran norepinefrin istehsalını aktivləşdirir.
4. Portağal - 1 ədəd. Çoxlu C vitamini beyni yaddaşı pozan və qərar qəbul etmə qabiliyyətinə mənfi təsir göstərən sərbəst radikallardan qoruyur.
5. Qoz - 50 qr. Beyin və sinir hüceyrələrinin qurulması üçün lazım olan alfa-lipoleik turşusu ifraz edir. Bədənimiz onu təkbaşına həzm etmək iqtidarında deyil.
Aynurə Məmmədova