Baş beyin şişi və xərçənginin əlamətləri uzun müddət özünü gizlədir. Həkimlər təhlükəli xəstəliyi vaxtında aşkarlamaq üçün sakit simpomlara fikir verməyi tövsiyə edir.
Medicina.az xəbər verir ki, ekspertlər beyin şişinin istənilən yaşda, hətta uşaqlarda da erkən yaşda rast gəlinə biləcəyini deyir.
Əlamətlər beyinin hansı yarımkürəsinin zədələnməsindən asılı olaraq dəyişir.
Daimi olaraq baş gicəllənmə, epilepsiya olmadığı halda qıcolma, danışıq və yaddaşda pozulma, gözlərdə zəiflik beyin şişinin əlaməti ola bilər. Amma bunlar artıq irəliləmiş şişdə özünü göstərir.
Ən birinci, lal əlamətlərdən biri üz nahiyəsində qəribə bir şişkinliyin, ödemin yaranmasıdır. Əgər üzünüz səhərdən axşama kimi çəkilməyəcək dərəcədə şişkin qalırsa, beyin MRT-si etmək məsləhət olunur.