Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beyin qansızmasından vəfat edən ginekoloqun kitabı satışa çıxdı - Gəlir xeyriyyəyə xərclənəcək

  • 2018.12.13 17:10
  • 6525 Baxış
Beyin qansızmasından vəfat edən ginekoloqun kitabı satışa çıxdı -  Gəlir xeyriyyəyə xərclənəcək
Bu ilin əvvəlində vaxtsız vəfat edən, tanınmış ginekoloq dr. Səbinə Mirzəyevanın ölümündən qısa müddət əvvəl ərsəyə gətirdiyi kitabı  satışa çıxarılıb.


Medicina.az "Qafqazinfo"-a istinadən xəbər verir ki, "Dr.Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" kitabının satışından əldə olunacaq vəsait xeyriyyə işlərinə sərf ediləcək. 


Kitabda gələcək ananın hamiləlik dövründə qarşıya çıxan çətinliklərin öhdəsindən asanlıqla gəlməsi üçün yetərincə praktiki məsləhətlər verilib. Kitabda hamiləliklə bağlı ümumi və praktiki suallar nəzərdən keçirilib. Məsləhətlər toplusu olan bu kitabda hamiləliyə hazırlıq mərhələsi, hamiləliyin bütün həftələri, doğuş prosesi və doğuşdan sonrakı çətin, eyni zamanda, məsuliyyətli dönəm haqqında bütün vacib məlumatları əldə etmək olar. 


Qeyd edək ki, S. Mirzəyeva bu il aprelin 3-də beyninə qan sızmadan vəfat edib.