Beyin qanaması beyin qan damarlarının keçiriciliyinin pozulmasıdır.
Adətən hər hansı bir zərbə nəticəsində kəllə və baş beyinin müştərək zədələnməsi nəticəsində beyin qanaxması baş verir. Bundan başqa uzun müddətli günəş işığı və istiliyə məruz qalmaq da bu nəticəyə gətirib çıxarır. Yüksəs təzyiq də bu qəbildəndir.
Həyatı ölümlə təhdid edən beyin qanaxmasının müalicəsi tibbi texnologiya və cərrahi üsulların nəticəsində mümkündür.
Baş travmasından başqa yüksək təzyiq və beyin damarlarının problemləri də bu fəsadla nəticələnir.
"Medicina" beyin qanamasının əsas xatakterik əlamətlərini təqdim edir.
- Qəfildən şiddətli baş ağrısı, təzyiqin yüksəlməsi
- Görmədə pozulma
- Danışığın, nitqin pozulması
- Baş hərlənməsi
- Bədən, əl-qol hərəkətlərinin ləngiməsi
- Qusma
- Üzdə assimmetriya
Beyinə qansızmalar və insultlar zamanı nə etməli?
Bu barədə Respublika Diaqnostika Mərkəzinin neyrocərrahı Vüqar Əliyev məlumat verib.