Beyin qan dövranı pozğunluğunun əlamətləri, bioloji müalicəsi – İnsultun qarşısını öncədən necə almalı?

2018.08.28 18:40
221677 Baxış
Beyin qan dövranın pozulmasının birinci əlaməti yüksək təzyiq və damarların keçiriciliyinin pozulması, ateroskleroz problemləridir.
İnsanda bu simptomların formalaşmasının kökündə düzgün qidalanmamaq durur: hədsiz yağlı, duzlu yeməklər, xəmir məmulatları, şirniyyat, qəhvə, içki – damarların entotelində xolesterin düyüncüklərini toplayır.
Elə adam var, vaxtında məlumatlı olduğundan dərman və təbii vasitələrdən istfadə edərək toplanmış xolesterin düyünlərini hələ bərkiməmiş damarlardan çıxara bilir. Bununla da müəyyən mənada özünə kömək edir.
Elə yeməklər var ki, onlar sirkəylə yeyilməlidir. Elə yemək var limonla. Amma insan var, xüsusilə gənclər bütün günü fast food və şirniyyat yeyir.
Qaraciyərin piylənməsi də damarlarda keçiriciliyi azalır, qan qatılaşır, dövran pozulur.
Bu hal illərlə davam etdikdə damarlar sıxılır. Beyinə qan normal getmir. Xüsusən baş yuxarıda olduğundan ora qanı qovmaq da damar üçün çətinləşir.
Əvvəlcə təzyiq oynayır, hətta ayda bir dəfə təzyiq 160-180-ə qalxıb, hipertonik kriz yaradırsa, xəstə həmin vaxt artıq qan və damarların yoxlanmasını düşünməlidir. Qanın analizi ilə lipid səviyyə, xolesterin, qaraciyər piylənməsi kimi məqamlar yoxlanmalıdır.
Buna fikir vermədikdə o artıq hipertoniya xəstəsinə çevrilir: insanda beyin zəifləyir, yaddaş pozulur, beyinə qan işləmir, ötüb-keçən insult krizləri olur – xəstə bir səhər oyanır ki, əli tutulub, gözü 1-2 saatlıq dumanlanıb, ətraflar sıxılır. Səhər başı gicəllənir, qusma olur, 1-2 saatdan sonra keçir. Xəstə də bundan arxayın olur, həkimə getmir.
Bunlar artıq beyin qan dövranı sisteminin pozulmasını göstərir.
Ən sonda xəstə insult olur.
Azərbaycanda ən çox rast gəlinən forma işemik insutdur.
İşemik insultu və nəticələrini uğurla müalicə edən həkimlərdən biri də Bioloji Təbabət klinikasının nevroloqu Aygün Məmmədova insultun və onun fəsadlarının bioloji təbabət merodikası ilə müalicəsindən danışdı:
"İnsult önü vəziyyətin əlamətləri bunlardır: xəstədə küt baş ağrısı, baş gicəllənmə, gözün qaralması, əzginlik, depressiv hal, yorğunluq, başda sıxılmalar. 1 həftə bu simptomlardan sonra insan ya gecə yatıb səhər oyananda görür ki, əli-ayağı işləmir, ya da bərk əsəbləşib, stres fonunda birdən birə insult olur.
İnsultun hansı arteriyada baş verməsindən asılı olaraq zədələnmələri olur: birtərəfli iflic, nitq pozğunluğu, qabıqaltı düyünlər də zədələnərsə amneziya olur, nitq tamam itir, üzün, dilin əyilməsi, udqunma pozulur. Beyin kötüyünü tutduqda daha ağır fəsadlar verir, xəstə komaya düşür, huşunu itirir. Çox ağır patologoyadır. Ondan sonra xəstənin tam sağalması çətin olur, əlil olur.
Ona görə əgər insan özündə bu əlamətləri müşahidə edərsə yubanmadan həkimə müraciət etməlidir: yaddaşsızlıq, huşsuzluq, möhkəm başağrıları, səhər oyananda əl-ayağında keyləşmə, uyuşmalar, halsızlıq, səhərlər ürəkbulanma.
Şəkərli diabet xəstələri də risk altındadır, onlarda damar problemləri də çox yaranır, damar tutulur. Daha sonra ürək patologiyaları yaradır.
Amma bütün xəstəiklərin kökündə stress, əsəb faktoru, qorxu durur.
Ona görə stresdən əziyyət çəkənlər bioloji tənzimləyici sakitləşdirici preparatları qəbul edə bilərlər.
İnsultun müalicəsinə bioloji tənzimləyici terapiyanın yanaşması fərqlidir. İnsultun baş verməsinə hansı orqandakı dəyişikliklər təkan veribsə, onu araşdırıb kökü müalicə edirik.
Xəstəyə fərdi preparatlar təyin ediirik, müxtəlif fizioterapiya, alman metodu ilə ozon terapiya tətbiq olunur. Ozon qan dövranını yaxşılaşdırır. Xəstə özünü çox yaxşı hiss edir.
Zədələnmiş beyin toxumalarını biotənzimləyici metodlarla bərpa edirik: başda, boyunda müəyyən nöqtələrə biotənzimləyici preparatların vurulmasını edirik”.
Bioloji Təbabət klinikası: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24),
Memar Əcəmi metrosunun yaxınlığında
•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89
islam
mirzeyev
Hüseynova Almaz
Menimde beynimə qaneyaxsi getmir bədənimdə üşütmə, baş herlenmesi, baş ağrısı yaxşı dengemi saxlaya bilmirəm. Nə edim kömək edin.
Orxan
Beyin ses gelmek
Hümbətov Səməd Həmid Oğlu. 06.02. 1958
Salam Aygün xanım! Məndə beyin qan pozgunlugu var. başımda sızıltılar olurş. Xahiş edirəm mənə bir məsləhət verəsiniz. Əvvəlcədən təşəkkür edirəm.
Həsənova nərgiz
Can Həkim köməklik edin anama yalvaram anamın beyin qan dövranı pozulması var baş ağrısı yeriyərkə dengə itirir başı cox ağrayır
Ruzi seferov
Salam xanımlar va baylar panik atak bütün nevrozlar xastalik deyil sadaca bir düşüncə pozulmasıdır hakimlarda az olun man 22 il panik atak xastasi olmuşam gazmadiyim hakimlar dusmadiyim aparatlar qalmadı axırda bezdim bu vazyatdan ozuma sozverdimki ya olacam yada buna qalib galacam allaha şükür ki qalıbda galdim
Naile
Salam islam adli baw herlenme ile bagli yazb nece oldu mene nece yaza bilersz?
Abdullazadə İsmət
Salam doktor məndə araşdirdirgim simptompara görə beyin qan dövranı pozulması və mədə altı vəzi problemi praqnozu özüm özümə qoymuşam.3ildir çox əziyyət çəkirəm yuxusuzluq, yaddaş pozuntusu, idarəetməni itirmə , və s. Mən bu derdlerden qurtarmaq üçün nə etməliyəm xaiş edirəm köməklik göstərəsiniz.elaqe nömrəm 0702676763
Narın
Salam hekim suallara cavab niye yazmirsz?
ismayil sakitov
Salam hekim beyin yaddas pozulmasi hallari var mende
Nəbiyev Vaqif
Həkim salam,məndə 4 ildi psixolog mənə panika atak diaqnozu qoyub,müalicə edirəm efekt vermir,məndə baş hərlənmə sanki başım sıxılır,təzyiqim qalxır həyəcanlandıran,elə bil beynimə oksigen çatmır,boynum başım tərləyir özüdə soyuq tər olur,sanki beynimə qan çatmır,ayaqlarım və əllərim reaksiya verir,sanki başımda anidən gicilti olur elə bilirəm ,səsə reaksiya verirəm,halsız oluram başım daim hərlənir.
Mursəlov Cəmil
Salam hekim menim başımda eşmiya varbi müalice eledim sağ terefde sağ terefin agrisi kesildi başdadi sol teref ağrimağa indi tezeden müayine emt eledim dediler sag terefde zsyifleme birde qan laxdasi var onun ucun qan durulducu yazib inbi seher srher dururam basim key kimi cene nahjyesinde birde sag terefde qulagqan yuxari bir balaca sis emele gelib hekim geceler yata bilmirem hele biliremmene nese olacaq hele bilirem öləcem bu neden olar mene bir meslehet verin ne edim bu mene getsin ve müalcrsinedir
Sevda Bayramova
Salam hekim!Menim yoldaşımın baş ağrıları olurdu təzyiqi yüksəlirdi.Bir neçə gün bundan əvvəl axşam yemək yedik telefona baxırdı,özünü pis hiss elədi və bir az keçdi huşunu itirdi dili getmişdi çətinliklə tutdular neden ola bilər?çox sagolun
İslam
Salam hekim basin axmasi yeni gicelenme neden ola biler ama teziq normadı
anar babayev
kəkim mənim anamla bağlıdır müraciətim.bəzəm hallarda yüngül sidik zamanı,hirsləndiyi anlarda huşunu itirmə baş verir bu an özünü bilməmə,kənar danşıqları eşidmə cavab verəmməmə,totrəmələr qusmalar tərrəmələr üşüdmələr baş verir,bu vaxd ayağa durmaq isdədiyi an ətrafın başına fırlanması,bu an işıq şualarının gözünə düşdüyü an pis tədir gösdərməsi,boyunun sağ nahiyəsindən keçən ana damarların küt ağtılar yaratması baş verir,əl ayaq qıc olması oxalamaqnan sanki rahatlıq tapması müşahidə olunur.dəfələrlə mualicə alsaqda prasesin düzgün getmədiyini gedişatdanda hiss edmişik bu səbəbdən mualicələrdən müsbət nəticə əldə edə bilməmişik.sizdən xaiş edirik bizə öz təcrübənizlə köməklik edəsiniz.