Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beyin qan dövranı pozulmalarında bioloji preparat

  • 2023.12.19 14:59
  • 2386 Baxış
Beyin qan dövranı pozulmalarında   bioloji preparat

Beyin damarlarındakı dəyişikliklər müxtəlif pozulmalara səbəb olur. Bu zaman hərəki funksiyalardan başqa nitqin, hərəkət koordinasiyasının pozulması, yaddaşın və diqqətin zəifləməsi meydana çıxa bilir. Bu əlamətlər adətən ateroskleroz zamanı beyin qan dövranın pozulması nəticəsində yaranır.


"Medicina" xəbər verir ki, damar mənfəzinin aterosklerotik düyünlər ilə tutulması beyinin müvafiq nahiyəsində qan dövranın pozulmasına səbəb olur.

Digər çox rast gəlinən hallardan biri isə kiçik damarların arterial hipertoniya ilə bağlı zədələnməsidir ki, bu da beyin qan dövranı pozulmalarının ikinci qlobal səbəbidir. Artıq beynin xroniki proqressivləşən damar xəstəlikləri müasir angionevrologiyada aparıcı yer tutur. Beynin xroniki işemiyası çox aktual, sosial əhəmiyyətli problemdir. Yaranan nevroloji və psixoloji pozulmalar xəstənin əmək qabiliyyətinin itməsinə səbəb ola bilər.


Patogenezin əsasını beyin qan dövranının autorequlyasiyasının pozulması, qanın reoloji və biokimyəvi göstəricilərinin dəyişməsi, beyin damarı divarının keçiriciliyinin artması və mikrosirkulyator pozulmalar təşkil edir. Aterosklerotik və hipertonik angiopatiya beyin maddəsində diffuz və ocaqlı dəyişikliklərə gətirib çıxarır. Nəticədə beynin həcmi atrofiya hesabına kiçilir.


Belə xəstələrin müalicəsi patogenezə əsasən kompleks şəkildə bu ardıcıllıqla aparılır:

1. Arterial təzyiqin stabilizasiyası və orqanizmdə maddələr mübadiləsinin normallaşdırılması
2. Serebral qan dövranın və metabolik proseslərin bərpası
3. Nevroloji və psixopatoloji sindromların aradan qaldırılması


Bu məqsədlə müxtəlif kimyəvi preparatlardan istifadə olunur və xəstəliklərin müalicəsində yalnız simptomlar aradan qaldırılır, xəstəliyin səbəbi olduğu kimi qalır. Digər tərəfdən, klassik təbabətdə adətən konkret bir xəstəlik müalicə edilir və nəzərə alınmır ki, bir orqanın zədələnməsi bütün orqanizmin funksiyasının pozulması ilə nəticələnir.

Ona görə də nəticə həmişə eyni olur: xəstənin vəziyyəti yaxşılaşır, amma tezliklə başqa bir xəstəlik onu yenidən narahat etməyə başlayır. Təbii ki, belə vəziyyətlərlə daim üzləşən həkim və pasientlər innovativ üsul və zərərsiz dərman axtarışındadır.


Yüksək kliniki effekt, praktik olaraq əlavə effektlərinin olmaması və xəstələr tərəfindən yaxşı mənimsənilməsi biotənzimləyici preparatlardan istifadə edən pasiyentlərin sayının artmasına səbəb olur.


Antihomotoksikologiyaya görə, toksinin orqanizmdə toplanması xəstəliyin yaranmasına gətirib çıxarır. Biotənzimləyici müalicənin əsas məqsədi - toksik maddələrin orqanizmdən çıxarılması və orqanizmin pozulmuş tarazlığının bərpasıdır.


Müxtəlif mikrosirkulyator pozulmaların müalicəsində Almaniya istehsalı biotənzimləyici
VERTİGOHEEL preparatı təyin edilir.


Preparatın tərkibi komponentləri:

-barbituratların və QAYT-ergik reseptorların antaqonisti olub, beyin kötüyündə mediator sintezini artırır
-qalxan ifliclər zamanı sinir - əzələ aparatının spastik vəziyyətini aradan qaldırır.
- başda küyün yaranması ilə nəticələnən beyin damarları spazmını aradan qaldırır
-hipotenziv effektə malik olub venoz durğunluğu və ürəkbulanma ilə birgə yaranan başgicəllənmələrə təsir edir

Preparat orqanizmə sistemli təsir göstərir və damar pozulmalarının müalicəsinə kompleks yanaşmağa imkan verir.

Belə ki, VERTİGOHEEL həm periferik, magistral damarlara təsir göstərir, həm də qanın reologiyasını, laxtalanmasını, xolesterin metabolizmini normallaşdırır, damar tonusunu tənzimləyərək hipoksiyanın yaranmasının qarşısını alır.

Bu xassələrinə görə VERTİGOHEEL ağır formalı serebrovaskulyar pozulmalarda uzun müddətli istifadə üçün əvəzedilməz vasitədir.


Vertigoheel preparatının istifadəsi üçün əsas göstəriş başgicəllənmə ilə müşayət olunan mikrosirkulyator pozulmalar və baş beynin silkələnməsidir.


Preparatın effektivliyi ABŞ – da dərc olunan tədqiqatda mərkəzi histamin reseptorlarının antaqonisti BETAHİSTİN preparatının təsiri ilə müqayisə olunub. Betahistin vestibulyar aparatda histaminergik sinir hüceyrələrinin aktivliyini artırmaqla daxili qulaqda və baş beyində qan dövranını yaxşılaşdırır. Biotənzimləyici preparat olan VERTİGOHEEL də eyni təsiri göstərir, ancaq ondan fərqli olaraq heç bir əlavə effekti yoxdur.


VERTİGOHEEL müxtəlif formalarda buraxılır. Ona görə də ağır hallarda təsirini gücləndirmək məqsədilə eyni vaxtda müxtəlif formaları kombinə edilir.

Belə ki, preparat
• Tablet №50
• Ampul №5 1 ml
Preparat günaşırı ə/dax, v/dax, dərialtı təyin olunur və 1 tabletdən gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl dilaltına qəbul olunur.


Aygün Musayeva