Uzun illər beyin hüceyrələrinin özünü yeniləyə bilməyəcəyinə inanılırdı. Əslində isə yaşlandıqca koqnitiv funksiyaların işlədiyini müəyyən edən amil hüceyrələrin yenilənmə sürətidir.
Sağlam həyat tövsiyələrini bölüşən Dr. Erik Berq deyir ki, bunlara əməl edənlərin beyin hüceyrələri 5 dəfə artacaq.
Beyin hüceyrələrini yeniləmək üçün bir çox fərqli üsulun olduğunu ifadə edən Dr. Erik Berq xatırladıb ki, tövsiyələrin təsiri fərddən asılı olaraq dəyişir. Beləliklə, bu halda, sizə ən uyğun olan məsləhətə əməl etməlisiniz.
Medicina.az yaşlandıqca beyin hüceyrələrini 5 dəfə artırmağın yollarını təqdim edir:
Dr. Erik Berqin fikrincə, hüceyrələri sürətləndirən tövsiyələri tətbiq etməzdən əvvəl “neyrogenez” anlayışı tam başa düşülməlidir.
Neyronların əmələ gəlməsi prosesi üçün istifadə edilən bu termin çox vacibdir. Neyrogenezlə bağlı tədqiqatların əksəriyyəti beynin hipokampus bölgəsində aparılır. Yəni beyində baş verənlərin davranışa çevrildiyi mərhələ araşdırılır.
Dr. Erik qeyd edir ki, nəyisə xatırlamamaq həmişə beyində problem olduğunu göstərmir. Qidalanma vərdişlərinin pozulması və qan şəkərinin aşağı olması da unutqanlığa səbəb ola bilər. Beynin həcmini artırmaq və atrofiyanın qarşısını almaq isə mümkündür.
İdmanla məşğul olun!
Beyninizi gücləndirmək üçün ilk növbədə idmanla məşğul olmalısınız. Bunun üçün istədiyiniz məşq növünü seçə bilərsiniz. Bəzi günlərdə yüksək intensivlikli məşqlər, digər günlərdə adi gəzinti ilə aktivliyi qorumaq olar.
“Beyninizi gücləndirmək üçün edə biləcəyiniz ən yaxşı şey həyatınıza müntəzəm idmanı daxil etməkdir”, - Dr. Erik Berq deyir.
Fasiləli oruc
Dr. Erik Berq beyin funksiyasını yaxşılaşdırmaq üçün fasiləlı oruc tutmağı tövsiyə edib:
“Oruc beynin həcmini genişləndirməyə və funksiyalarını bərpa etməyə kömək edən amilləri stimullaşdırır. Buna görə gündə ən az 16-18 saat oruc tutmaq, gündə cəmi 2 dəfə yemək lazımdır”.
Soyuq terapiya
Soyuq terapiya neyronların böyüməsi üçün güclü bir neyrogenez stimulyatorudur. Bu proseduru buz vannası və ya soyuq duş alaraq həyata keçirə bilərsiniz. Beləliklə, bədəninizlə birlikdə beynin də bərpasına dəstək olacaqsınız. Beyin hüceyrələrinizin yenilənməsi sürətlənəcək.
Aşağı karbohidratlı pəhriz
Şəkərli və karbohidratlı qidalar yemək beyində həddindən artıq oksidləşməyə səbəb olur. Qlükoza müqavimətini azaltmaqla daha az karbohidratlı qidalar istehlak etməlisiniz. Pəhrizinizi dəyişdirdiyiniz zaman bir çox problem aradan qalxmağa başlayacaq. Bundan əlavə, bağırsaqlar və beyin arasındakı əlaqə səbəbiylə stressi azaltmaq, beyni yaxşılaşdırmaq üçün probiotiklər pəhrizə daxil edilməlidir.
Beyin hüceyrələrini cavanlaşdırmaq üçün duzlu kələm, mayalanmış qidalar və göyərti istehlak etmək lazımdır.
Tərkibində xolin olan qidaları istehlak edin
Dr. Erik Berq xolinlə zəngin qidaların vacib olduğunu bildirir.
Beyin inkişafını dəstəkləyən xolin yumurta sarısı və balıqda olur. Həmçinin taxılla qidalanan heyvanların ətini və məhsullarını istehlak etməlisiniz.
Günəşin sağaldıcı effekti
Beyni dəstəkləyən başqa bir faydalı təsir günəşdən gəlir. Günəş şüalarının 50%-dən çoxu infraqırmızı şüalardır. Bunlar beynin inkişafına kömək edə bilər. Ancaq bunu edərkən zərərli şüalara qarşı diqqətli olmalısınız.
Qəhvə için!
Həddindən artıq kofein istehlakı zərərlidir. Kofein istehlakı idrak funksiyalarını pozaraq sizə zərər verməyə başlaya bilər. Lakin az miqdarda qəhvə beyni dəstəkləyə bilən polifenolları ehtiva edir.
Aysel
Taxılla qidalanan heyvanları istehlak etməməlisiniz.Yanlış tərcümə.