Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beyin əməliyyatı keçirən Əməkdar artist: “Ölü kimiyəm“ - Video

  • 2021.03.18 16:07
  • 1865 Baxış
Beyin əməliyyatı keçirən Əməkdar artist: “Ölü kimiyəm“ -  Video

Beyin əməliyyatı keçirən Əməkdar artist Gülbahar Şükürlü “Həmin Zaur” verilişində qonaq olub.

Medicina.az lent.az-a istinadla xəbər verir ki, qarmon ifaçı verilişdə səhhəti barədə danışıb:

"4 saat əməliyyatda qaldım. Sonra həkim evə buraxdı, tapşırdı ki, dincəlməlisən, 3-4 ay sənə pozitivlik ötürən yerlərə get. Stresdən uzaq olmalısan. Sentyabrın 26-da evə gəldim, 27-də müharibə başladı. Necə stress yaşamayım? Bu da mənə pis təsir etdi. Həyat yoldaşım dünyasını dəyişəndən sonra bu yarandı. Həkim dedi ki, stressdən olub. Onlar ölüb gedir. Mən də indi ölü kimiyəm, elə yaşayıram".

Qeyd edək ki, G.Şükürlünün ötən il başında onkoloji şiş aşkarlanmışdı. Maddi durumu yaxşı olmayan sənətçi bir müddət öncə xəstəxanaya getməkdən və əməliyyatdan imtina etmişdi.