Anevrizma çox zaman simptomsuz başlayır, xəstə uzun müddət bundan xəbərsiz ola bilir və damar da qəflətən partlaya bilir.
Anevrizma adətən tam yetişməyən, zədəli damarlarda yaranır. Qanın güclü təzyiqi axını nəticəsində bu zədəli damar divarı dartılır, genişlənir və burda qabarıq sahə əmələ gəlir.
"Medicina" xəbər verir ki, anevrizmanın 2 növü var: kisə kimi və fuzi formalı.
Anevrizmanın baş vernəsinə səbəblər:
-Təzyiqin qalxması və buna nəzarətin olmaması
-Az hərəkətlilik
-Siqaret
-İçki
-Artıq çəki
-Yağlı qidalanma- damarların xolesterinlə tutulması
Əlamətləri:
-Baş gicəllənmə
- Görmədə ikiləşmə, görmənin tutqunluğu
- Danışıqda fərq, dəyişiklik
- Aşağı ətrafların keyiməsi
- Ürəkbulanma
-Koordinasiyada, hərəkətdə pozulma
Arteriyanın partlamasının əlamətləri:
-Dəhşətli baş ağrısı, sanki başa çəkiclə vururlar, xəstə ağrıdan başını divara vurmaq həddinə gəlir
-Ürəkbulanma, qusma
-Nitqin pozulması
-Dərinin qızarması, tər
-Huşun itməsi
-Hərəkətin çətinləşməsi
Aygün Musayeva