Zərdabda Qoruqbağı kəndində toy günü bəylə gəlinin peyvəndsiz olduğu üçün toya buraxılmayıb, elə həmin an tibb məntəqəsində Covid vaksini vurulub, sonra toya buraxılması həkimlər tərəfindən birmənalı qarşılanmayıb.
Əslində peyvəndin toy edənlər üçün vacibliyini önə çəkən təbliğat məqsədli hadisə olsa da, toy günü nəinki bəy –gəlinin, hətta digər qonaqlardan kiminsə peyvənd vurdurub, toya gəlməsi sağlamlıq baxımından düzgün deyil.
Medicina.az xəbər verir ki,
həkim pediatr Aytən İsmayılzadə toy günü vaksinasiya tədbirlərinin etik olmadığını, əksinə təhlükəli olduğunu bildirib və səbəbləri izah edib.
“Öncədən də demişdim ki vaksinasiya tədbirlərini kutləvi etsinlər. İş yerlərində, səyyar məntəqələrdə və s. Bizim TƏBİB-ÇİLƏR isə nəsə çox ləng tərpəndilər. İndi düşüblər əl ayağa və bu cur uyğunsuz aksiyalar həyata keçirirlər. Niyə uyğunsuz? İzah edim.
Məlumdur ki, pandemiya vaxtı toysuz ailə həyatı quranlar olub ki, onlar indi toy məclisi edir. Buna haqqları da var.
Amma onları gəlib toy gunu peyvəndləmə nə dərəcə doğrudur. Hər kəs bilir ki peyvənddən ən azı allergik reaksiya, ən çoxu anafilaktik şok ola bilər. Və bunu toy gunu yaşamaq lazımdırmı? Gəlin hamilə də olmuş ola bilər. Butun antikovid peyvəndlərin təlimatında hamiləlik dövrü əks göstərişdir. Yəni bu təcrübə yoxdur. Və peyvənddən sonra ilk uç ay hamiləlik planlanması qadağandır deyilir. Butun bunlar nəzərə alınırmı?
Məclisə daxil olan kimin hərarəti ölçülür? Peyvənd pasportu olsa da kovidə yoluxmaq riski var. Yəni ehtiyat tədbirimiz niyə bəy və gəlindən başlamalıdır?
TƏBİB, sizə, vaksinasiya tədbirlərini daha sivil qaydada həyata keçirməyinizi məsləhət görurəm.
İnsanlarımıza isə tövsiyə edirəm ki, yuxarıda qeyd etdiyim vəziyyətdə, bilmədən olan hamiləlik şubhəsi varsa, toydan sonra dərhal hamiləlik planlanırsa bunları nəzərə alın. Ya hamiləliyi gecikdirin, ya da vəziyyətinizi dəqiqləşdirin”.