Həbsdə olan Bəxtiyar Hacıyevin səhhəti ağırlaşıb.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı vəkil Rövşanə Rəhimli yayıb:
“Bir az əvvəl Bəxtiyar Hacıyevlə görüşdüm. Aclığı davam etdirir. Dünən axşam səhhəti qəfil pisləşib. Baş gicəllənməsindən sonra nəfəs darlığı olub və kəskin əzələ ağrıları hiss edib. Həkimin dediyinə görə Bəxtiyarın səhhətindəki problem beyinlə əlaqəlidir və çox güman ki, beyində proseslər gedir. B.Hacıyev bu gün KT, MRT və EKQ müayinəsindən keçmək üçün rəsmi müraciət edib”.
Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.
Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.
Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib.
Dekabrın 20-də Xətai rayon Məhkəməsi ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətini təmin etməyib.
Dekabrın 23-də Bakı Appelyasia Məhkəməsi də bu məhkəmə qərarından verilən şikayəti təmin etməyib.