Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bexterev - əlilliyə gətirən xəstəliyin müalicəsi - VİDEO

  • 2019.08.30 18:58
  • 10044 Baxış
Bexterev - əlilliyə gətirən xəstəliyin müalicəsi -  VİDEO
Ankilozlaşdırıcı spondilit (Bexterev xəstəliyi) adı ilə tanınan, getdikcə ağırlaşaraq əlilliyə gətirən bu xəstəlik artıq sizi qorxutmamalıdır.


İnsanlara daha çox Bexterev xəstəliyi kimi məlum olan ankilozlaşdırıcı spondilit onurğanın xroniki iltihabi xəstəliyidir. Bu xəstəlik zamanı əsasən oma-qalça, fəqərəarası və fəqərə çıxıntıları arasında olan oynaqlar, onları əhatə edən əzələ və bağlar zədələnir. Bəzi xəstələrdə ətrafların oynaqları və daxili orqanlar da prosesə cəlb olunur.


Medicina.az xəbər verir ki, xəstəliyin yaranması genetik dəyişikliklərlə əlaqələndirilir. Xroniki infeksiyalar (xüsusilə bağırsaq və sidik yolları infeksiyaları), travmalar, xroniki streslər xəstəliyin inkişafında müəyyən rol oynayır. 


Bu xəstəlik kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Daha çox 20-40 yaşda təsadüf olunur. Əsas simptom onurğanın zədələnməsidir. Xəstəlik tədricən başlayır və adətən özünü gecələr daha da güclənən bel ağrısı ilə büruzə verir. Bir müddətdən sonra onurğada hərəkət məhdudluğu yaranır.

 

Tədricən onurğada olan fizioloji əyriliklər hamarlaşır və onurganın döş şöbəsində patoloji əyrilik yaranır. Bu əyrilik yarandıqdan sonra artıq xəstəyə hətta məsafədən də diqanoz qoymaq olar. Bu vəziyyət Ankilozlaşdırıcı spondilit xəstəliyi üçün xarakter olan "dilənçi pozası” adlanır.


Diaqnostikada:


- 3 aydan artıq davam edən və sakitlik vəziyyətində azalmayan bel ağrıları

- döş qəfəsində tənəffüs hərəkətlərinin məhdudlaşması

- onurğanın bel şöbəsində hərəkət məhdudluğu

- gözlərdə dəyişikliklər

- tipik rentgenoloji dəyişiklklər (ikitərəfli sakroileit) 


Diaqnoz anamnezə, kliniki simptomlara, MRT-yə, rentgenoqrafiya və  genetik analizə əsasən qoyulur.


Xəstəlik xroniki və ağırgedişli olduğundan müalicədə biotənzimləyici preparatlar və metodlar uğurla istifadə olunur. Pasientin fərdi xüsusiyyətləri, xəstəliyin gedişi və ağırlığından  asılı olaraq Bioloji Təbabətin həkimi müvafiq müalicə sxemi tərtib edir.


Biotənzimləyici terapiya bütövlükdə orqanizmin bərpasına yönələrək, müalicədə daha yaxşı effekt alınmasına səbəb olur. 

İndividual müalicə sxemində biotənzimləyici, izopatik, mikrobioloji preparatlar, osteopatiya, fizioterapiya, monoterapiya yaxud kompleks şəkildə bir neçə mərhələdə istifadə edilir.

 





BİOLOJİ TƏBABƏT KLİNİKASI

Bakı: 3 mkr., Pişəvəri küç. 110 (Cavadxan küç 24), M. Əcəmi m.st yaxınlığında

Tel: (012) / (050) (055) / (070) 430 89 89


www.btk.az

www.facebook.com/bioloji.tababat/

www.instagram.com/bioloji.tebabet/