Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bətn transplantasiyasından sonra ilk körpə dünyaya gəldi - FOTO

  • 2025.04.08 16:45
  • 779 Baxış
Bətn transplantasiyasından sonra ilk körpə dünyaya gəldi -  FOTO

Uşaqlığı olmayan 36 yaşlı britaniyalı qadın bacısından köçürülən bətn sayəsində övlad dünyaya gətirib. O, körpəyə bətnini bağışlayan bacısının adını verib.

Medicina az xəbər verie ki, İngiltərədə uşaqlıq yolu olmadan doğulan 36 yaşlı Qreys Devidson bacısından uşaqlıq transplantasiyası əməliyyatı keçirib.

Bu, o vaxt Britaniyada yeganə uğurlu uşaqlıq transplantasiyası olub.

Körpəyə bətnini bacısına bağışlayan 42 yaşlı iki uşaq anası Emi Purdinin adı verilib.



30-dan çox səhiyyə mütəxəssisindən ibarət komanda Eminin uşaqlığını çıxarmaq və onu Qreysə köçürmək üçün təxminən 17 saat çalışıb.

Əslən Şotlandiyadan olan və Londonun şimalında yaşayan Qreys və Anqus transplantasiya edilmiş bətn vasitəsilə ikinci uşaq dünyaya gətirməyə ümid edirlər.

Aygün
Medicina.az