Tədqiqatçıların araşdırmalarına görə, Bethovenin DNT analiz testində qaraciyər serrozu və hepatit aşkarlanmışdır.
Həmçinin araşdırmalar nəticəsində elm adamları onun nəsillərində qeyri-qanuni uşaq aşkar ediblər.
“Medicina” xəbər verir ki, alimlər ilk dəfə bəstəkar Lüdviq Bethovenin DNT-sini deşifrə ediblər. Kembric Universiteti, Bethoven Mərkəzi San Jose, Leuven Universiteti, FamilyTreeDNA, Bonn Universiteti, Beethoven House Bonn və Maks Plank Təkamül Antropologiya İnstitutunun alimləri tərəfindən aparılıb. Qrupa Kembric Universitetindən Tristan Beqq rəhbərlik edirdi.
Bethovenin saçının beş telindən götürülmüş və bu günə qədər müxtəlif kolleksiyaçılar tərəfindən qorunub saxlanılan genom analizi onun həyatı boyu əziyyət çəkdiyi bir çox xəstəliklərin olduğunu təsdiqlədi.
28 yaşından etibarən Bethoven qulaqlarında karlıq inkişaf edib və 48 yaşına qədər bu maksimuma çatdı. Həmçinin həyatı boyu bəstəkarın bir sıra başqa xəstəlikləri də olub: sarılıq, qarın kolikası, iştahsızlıq, gut. O, 56 yaşında dünyasını dəyişib.
Genetiklər Bethovenin karlığının və ya mədə-bağırsaq problemlərinin dəqiq səbəbini tapa bilməyiblər. Lakin onlar hepatit B virusuna yoluxma əlamətləri aşkar ediblər. Saç analizi bəstəkarın ölümünün mümkün səbəbləri siyahısında olan qurğuşun zəhərlənməsini də təsdiqləyib.
"Biz Bethoveni nəyin öldürdüyünü dəqiq deyə bilmərik, lakin heç olmasa onun ciddi irsi xəstəlik və hepatit B ilə yoluxma riskinin olduğunu təsdiqləyə bilərik" - deyə həmmüəlliflərdən biri Yohannes Krause bildirdi.
Musiqiçinin gündəlik qeydlərində görünən alkoqoldan sui-istifadə, infeksiyanın bədənə təsirini ağırlaşdıra bilər.
Bundan əlavə, ekspertlər Belçikada yaşayan Bethovenin nəslinin DNT-sini analiz edib və Y xromosomunda onunla heç bir uyğunluq tapmayıblar. Alimlər Bethoven ailəsində ata tərəfdən ən azı bir qeyri-qanuni uşağın doğulduğunu irəli sürdülər.
Alimlərin fikrincə, DNT məlumatları və arxiv sənədlərinin birləşməsi vasitəsilə biz Lüdviq van Bethovenin hüquqi və bioloji şəcərəsi arasında uyğunsuzluğu müşahidə edə bilərlər.
Günay Quluzadə