Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bəşəriyyətin yaxalandığı ilk xəstəlik hansı olub?

  • 2025.02.14 21:56
  • 340 Baxış
Bəşəriyyətin yaxalandığı ilk xəstəlik hansı olub?

Hyuston Universitetinin alimləri bəşəriyyətə məlum olan ən erkən yoluxucu xəstəliyin cüzam olduğunu müəyyən ediblər.


“Medicina” xəbər verir ki, alimlərin fikrincə, bu xəstəliyə aid istinadlar İncildə də var, burada tez-tez cüzamlı insanların məruz qaldığı təqiblərdən bəhs edilir.

Üstəlik, müxtəlif dövrlərdə bir çox xalqların qədim yazılı mənbələrində cüzam xəstəliyinin əlamətləri təsvir edilmişdir.

Bu gün cüzam xəstəliyinə əsasən tropik ölkələrdə rast gəlinir. Xəstəlik dərini, yuxarı tənəffüs yollarının selikli qişalarını və səthi sinirləri təsir edir.
Xəstəlik nəticəsində insanların barmaqları deformasiyaya uğrayır, burunları çökür, qaşları tökülür.

Təcili müalicə olmadıqda, cüzam əlilliyə səbəb olur.
Alimlərin fikrincə, bu xəstəliyə səbəb olan bakteriyalar 10 milyon ildən artıqdır ki, mövcuddur və insan orqanizmindən kənarda mövcud ola bilməz. Xəstəliyin insanların Afrikanı tərk etməyə və bütün planetə yayılmağa başladığı zaman ortaya çıxdığı güman edilir.

“İblisin xəstəliyi” adlandırılan cüzam hələ də mövcud olsa da, onun müalicəsində əhəmiyyətli irəliləyişlər xəstəliyin yayılmasının azalmasına səbəb olub.


Aygün Musayeva