Britaniyanın əczaçılıq nəhəngi Glaxo 40 ildən artıqdır ki, mədə xorası və mədə yanması dərmanı Zantacın təhlükələrini gizlədir.
"Medicina" xəbər verir ki, Bloomberg, istehsalçının 1978-ci ildən bəri bu yan təsirdən xəbərdar olduğunu deyir. Bu, ranitidin dərmanının aktiv maddəsi ilə bağlıdır. Dərman kimi qəbul edildikdə güclü kanserogen N-nitrosodimetilamin (NDMA) buraxır.
Şirkət bu araşdırmaların nəticələrini gizlədib və dərmanı apteklərin rəflərindən geri çağırmayıb.
Ranitidinin təhlükələri 2019-cu ildə geniş şəkildə məlum olub. Bütün dünyada dərmanlar geri çağırılır.
Bir sıra əczaçılar Zantac qəbul edərkən xərçəng riskinin artmasının sübut olunmadığını da iddia edirlər.