Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beş yaşlı qızda süd vəzi xərçəngi aşkarlandı

  • 2023.02.09 15:13
  • 3677 Baxış
Beş yaşlı qızda  süd vəzi  xərçəngi  aşkarlandı

Çilidə azyaşlı qızda süd vəzisi xərçəngi tapılıb.

"Medicina" xəbər verir ki, artıq bu dünyada oxşar diaqnoza malik ən gənc xəstə olub.

Hazırda qızın 7 yaşı var və o müalicə alır.

5 yaşında qızının sinəsində dəyişiklik görən ana onu həkimə aparıb. Müayinədən sonra həkimlər bunun bədxassəli şiş olduğu qənaətinə gəliblər.

Maura xərçəngin digər orqanlara keçməsinin qarşısını almaq üçün döşünü tamamilə çıxarmaq üçün əməliyyat olunub.

İndi balaca xəstənin ailəsi xərçəngin metastaz verib-verməməsini göstərəcək növbəti müayinənin nəticələrini gözləyir.