Tibb Universitetinin tanınmış müəllimi Rəşid Mahmudovun müsahibələrindən birində səsləndirdiyi "Azərbaycan Tibb Universitetinin diplomu Biləcəridən o tərəfdə tanınmır” fikri birmənalı qarşılanmayıb.
Medicina.az xəbər verir ki, Tibb Universitetinin rektoru Gəray Gəraybəyli CVN-ə müsahibəsində Rəşid Mahmudovun sözlərinə cavab olaraq bunları bildirib:
"Mən Rəşid müəllimə yaşına görə hörmət edirəm. Ancaq bir sualım var, bu gün birinci kursda 672 Azərbaycan vətəndaşı, 600-dən çox xarici vətəndaş bizim universitetdə oxuyur. Ümumiyyətlə 33 ölkənin vətəndaşı bizdə oxuyur. Əgər tanınmırıqsa, xarici ölkə vətəndaşları niyə bizdə oxuyur, niyə vaxtını sərf edir?".