Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beş nəfər dəm qazından zəhərləndi - Son 1 həftədə

  • 2020.10.14 10:59
  • 1893 Baxış
Beş nəfər dəm qazından zəhərləndi  - Son 1 həftədə

Son yeddi gün ərzində dəm qazından beş nəfər zəhərlənib.

Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

Həkim bildirib ki, son bir həftə ərzində şöbəyə müraciət edənlər arasında azyaşlılar da olub:

“Xəstəxananın Toksikologiya Şöbəsinə dərman zəhərlənməsi ilə beş nəfər, sirkə turşusu ilə bir nəfər, dərman mənşəli allergik reaksiya ilə altı nəfər, göbələkdən zəhərlənən üç nəfər müraciət edib. Dərman zəhərlənməsi ilə müraciət edənlər arasında uşaq da olub. Spirtli içkidən zəhərlənən iki nəfər isə məsləhət alaraq evə göndərilib. Zəhərlənənlər arasında ölən yoxdur”.