Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bərk xoruldamaq yuxuda ölüm riskini artırır

  • 2022.10.18 16:20
  • 1530 Baxış
Bərk xoruldamaq yuxuda ölüm riskini artırır

Davamlı və möhkəm xoruldamaq insan üçün yuxuda ölümcül təhlükəli ola bilər.

"Medicina" xəbər verir ki, bu barədə LOR həkim Olqa Malçenko bildirib.

"Xorultu burun tənəffüs keçiriciliyinin və ağız, burun boşluğu xəstəliklərində - çəpər əyriliyi, polip, kist, haymorit, sinusit, artıq çəki və ürək-damar problemlərində ola bilər.

Xoruldamaq o deməkdir ki, insana nəsə burnu ilə nəfəs almağa mane olur, o tam yuxu ala bilmir, nəticədə gündüz yuxulama, enerji və tonus azlığı yaranır.

Nəticədə bu insanlarda arterial hipertenziya, kəllədaxili təzyiq baş verir.

Yuxuda insan ölümünün bir səbəbi də budur. Güclü xorultudan tənəffüsün bir anlıq dayanması və burunla tənəffüsün baş verməməsi, həmin vaxt insan yuxudan gec oyandığı üçün tənəffüs yetməzliyi baş verir.


Ona görə də xorultuya təbii proses kimi baxmaq olmaz. Xoruldayan şəxs müalicə olunmalıdır".

Aygün Musayeva