Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bərdədəki ana ölümünə görə cinayət işi başlandı

  • 2017.12.20 09:59
  • 12722 Baxış
Bərdədəki ana ölümünə görə cinayət işi başlandı
Bərdə rayonunda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanılıb.


Medicina.az xəbər verir ki, bu barədə Trend-ə Bərdə rayon Prokurorluğundan məlumat verilib.


Məlumatda bildirilir ki, baş vermiş ölüm hadisəsi ilə bağlı prokurorluqda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Qeyd edək ki, dekabrın 19-da Bərdə rayonu, Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Əliyeva Könül Kamil qızı Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində doğuş zamanı ölüb.