Bərdədə biri şəhər, biri kənd olmaqla iki məktəbdə dərslər müvəqqəti dayandırılıb.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Bərdə rayon şöbəsinin qərarına əsasən, Bərdə şəhər Alı Mustafayev adına 5 saylı tam orta məktəb və Qarağacı kənd tam orta məktəbinin şəxsi heyəti arasında yoluxma sayının artması ciddi narahatlıq yaratdığından tədris 14 günlük müddətə məhdudlaşdırılıb.
5 saylı məktəbin direktoru Teymur Həmidov bildirib ki, rəhbərlik etdiyi məktəbdə 1 601 nəfər şagird təhsil alır. Yeddi müəllimdə virus aşkar edilib.
Bağlanan Qarağacı kənd orta məktəbində isə altı müəllim, bir texniki işçi koronavirusa yoluxub və tədris onlayn sistemə keçirilib.