Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bərdədə bir ailənin 5 uşağı xəstəxanalıq oldu

  • 2019.10.14 15:17
  • 3682 Baxış
Bərdədə bir ailənin 5 uşağı xəstəxanalıq oldu
Bərdə rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.


Medicina.Az xəbər verir ki, Bərdə rayonunun Qarağacı kənd sakini olan 2007-ci il təvəllüdlü Abbasova Fatimə Yavər qızı, 2008-ci il təvəllüdlü Abbasova Nigar Yavər qızı, 2010-cu il təvəllüdlü Abbasov Nihad Yavər oğlu, 2012-ci il təvəllüdlü Abbasova Zəhra Yavər qızı və 2015-ci il təvəllüdlü Abbasov Əli Yavər oğlu qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. İlkin araşdırmalar zamanı uşaqların kartofdan zəhərləndiyi üzə çıxıb. Uşaqlara tibbi yardım göstərilib.


Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.