Bərdə Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi işdən çıxarılıb.
Medicina.az xəbər verir ki, baş həkim Hüseynov Həsən Fərman oğlu bu gün tutduğu vəzifədən azad edilib.
Onun işdən çıxarılmasına karantin qaydalarına əməl etməməsi, eləcə də, Diaqnostika Mərkəzində bir neçə işçinin koronavirusa yoluxması səbəb olub.