Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bərdədə ana ölümünün SƏBƏBİ AÇIQLANDI

  • 2017.12.19 15:20
  • 17068 Baxış
Bərdədə ana ölümünün  SƏBƏBİ AÇIQLANDI
Bərdə rayon Doğum Evində baş verən ana ölümünün səbəbi açıqlanıb.


Medicina.az xəbər verir ki, Bərdə rayon Doğum Evinin müdiri Tünzalə Quliyeva Trend-ə bildirib ki, Bərdə rayon Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Könül Əliyeva qanlı ifrazat və son gəlişlə xəstəxanaya daxil olub. Xəstədə qanlı ifrazat olduğundan onun təcili qeysəriyyə əməliyyatı edilməsi zərurəti yaranıb. Əməliyyat zamanı qadında dölyanı maye embaliyası baş verib. Bu səbəbdən də K.Əliyeva dünyasını dəyişib.


Bildirilib ki, bu, qadının ilk hamləliyi olub.


Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində 17 ana ölümü faktı qeydə alınıb.