Bərdədə 6 yaşlı uşaq ölüb.
Medicina.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mollaəhmədli kəndində qeydə alınıb.
Kənd sakini, 2016-cı il təvəllüdlü Allahverdi Səfərov evdə olarkən qəflətən halı pisləşərək ölüb.
Onun ölüm səbəbləri araşdırılır.