Bərdədə 4 yaşlı uşaq evdə vurulan iynədən ölüb.
Medicina.az xəbər verir ki, rayon sakini, 2020-ci il təvəllüdlü Əli Bayramov evdə olan zaman vurulan iynədən vəziyyəti pisləşib.
Valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Əli Bayramov xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.